"Qurban bayramında Əfv sərəncamının verilməsi real görünmür".
HİT.Az xəbər verirki, bu barədə Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, buna səbəb koronavirusla əlaqədar bir-birinin ardınca Əfv sərəncamlarının verilməsidir:
"Əfv sırəncamının verilməsini həmişə gözləyirik. Amma bu barədə heç bir məlumat yoxdur. Bilirsiniz ki, koronavirusla bağlı yaşı 60-dan keçən və həbs müddətinin bitməsinə az qalan məhbuslar azad olunub. Buna görə də bu Qurban bayramında Əfv sərəncamının olacağını gözləmirəm".