Paşinyan niyə Putinə zəng etməyib?

DÜNYA
20:24 / 04.07.2020
1766

İyulun 2-də Rusiya prezidenti Vladimir Putin tərəfdaş ölkələrin təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan, Tacikistan və Özbəkistan prezidentləri ilə telefonda danışıb. Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin rəsmi “Kremlin.ru” saytında qeyd olunub.

Rəsmi məlumata görə, MDB ölkələrinin rəhbərləri uğurla keçirilmiş ümumrusiya konstitusiya səsverməsi ilə bağlı Rusiya prezidentini təbrik ediblər.

Ermənistan Baş naziri Nikol Paşinyan təbrik etmək üçün zəng etməyib, sadəcə məktub göndərməklə kifayətlənib.

0
Ordu.az