Magistraturaya sənəd qəbulu onlayn aparılacaq – SİYAHI

ÖLKƏ
19:56 / 04.07.2020
1191

UNEC-də magistratura səviyyəsinə daxil olan bakalavrların sənəd qəbulu onlayn formada aparılacaq.

Hit.Az-ın verdiyi xəbərə görə, magistraturaya daxil olan bakalavrlar aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:

Diplomun surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər);
Cari ilin məzunları tərəfindən universiteti bitirdikləri haqqında arayış;
Şəxsiyyət vəsiqəsinin surəti;
3/4 ölçüdə rəngli fotoşəkil;

Ödənişli əsasla magistraturaya qəbul olunmuşlardan təhsil haqqını ödəmək haqqında qəbzin surəti.

İmtiyazlı bakalavrlar tərəfindən əlavə olaraq aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi mütləqdir:

Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş bakalavrlar: şəxsiyyət vəsiqəsinin surəti;

doğum haqqında şəhadətnamənin surəti;

ölüm haqqında şəhadətnamənin surəti;

valideynin əlillik haqqında sənədinin surəti.

Məcburi köçkün olan bakalavrlar: özünün məcburi köçkün vəsiqəsinin surəti;

özünün şəxsiyyət vəsiqəsinin surəti.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr səviyyəsinə ödəniş­li əsaslarla qəbul olmuş I və II dərəcə əlilliyi olan şəxslərin özünün sənədlərinin surəti.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurulu­şu­­nun müdafiəsi zamanı əlil olmuş vətandaşların uşaqları (əlillik səbəbi göstərildiyi kimi olmalıdır): 

doğum haqqında şəhadətnamənin sürəti;

şəxsiyyət vəsiqəsinin surəti;

əlillik haqqında arayış.

Azərbaycan Respublikasının şəhid ailəsinin üzvü olan bakalavrlar: Şəhid ailəsi vəsiqəsinin surəti;

Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;

Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

Sənədlər 06.07.2020 – 15.07.2020-ci il tarixinədək qəbul edilir.

Qeyd 1: Güzəşt yalnız ilk dəfə magistrant olanlara aiddir.

Qeyd 2: Karantin bitdikdən sonra magistrantlar – diplomların, imtiyazlı magistrantlar isə (bənd 1,2,3,4 üzrə) göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətini dekanlığa təqdim etməlidirlər.

Qeyd 3: Sənəd qəbulu onlayn şəkildə aparılacaq.

2