Millət vəkili maşınlarla su göndərir...

ÖLKƏ
14:27 / 05.07.2020
996

Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının təşəbbüsü ilə Vətəndaş Həmrəyliyi Partiyasının Neftçala rayon təşkilatının üzvləri rayonun bir sıra məntəqələrində suya ehtiyacı olan sakinlərə içməli su paylayıblar.

Axar.az xəbər verir ki, millət vəkilinin köməkçisi Fərman Hüseynov başda olmaqda bir çox şəxs könüllü şəkildə bu işdə iştirak edib.

Qeyd edək ki, Kür çayında suyun azalması Neftçalada ciddi su qıtlığı yaradıb.

Hazırda Neftçalaya yeni su xətti çəkilir.

0