Göyçay şəhərində şagirdlərin pulunu mənimsəyən gimnaziyanın direktoru Mehman İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Göyçay rayon Məhkəməsində hakim İbrahim Fəttahovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 15-nə təyin olunub.
İstintaq orqanı tərəfindən Mehman İmayılovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işində zərərçəkmiş qismində Göyçay şəhər Səməd Vurgun adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya tanınıb.
Mehman İsmayılov gimnaziyanın direktoru olub, ötən il isə işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub.