"Sürücülərin SMS-lə icazə almasında yenilik yoxdur".
Bu sözləri Lent.az -a sürücülərin SMS-lə icazə alması barədə danışan avtomobil eksperti Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, dünən bu qaydaya dəyişiklik edilsə də, sonradan ləğv olunub:
"Kim ki, fəaliyyətinə icazə verilən sahədə işləyirsə, SMS icazə alıbsa, o, sərbəst şəkildə avtomobil idarə edə bilər. SMS alınması qaydasında əlavə nə isə dəyişiklik yoxdur. Dünən təklif olundu ki, sms-in arxasına avtomobilim dövlət qeydiyyat nişanı da yazılsın. Lakin Asan Xidmət buna ehtiyac olmadığını bildirdi. Daha təhlükəsiz, daha yaxşı variant öz şəxsi avtomobildən istifadə etməkdir. Azərbaycanda, eləcə də dünyada bu belə qəbul olunub. İctimai nəqliyyat yoluxmanın ən çox yayıldığı yerlərdir".