Saatlıda qatar avtomobili vurub, bir nəfər ağır xəsarət alıb.
HİT.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Hadisə Saatlı rayonunun Qarayev kəndi ərazisində, Şirvan-İmişli dəmir yolu xəttinin 28-ci km-də qeydə alınıb.
Dəmir yolunu keçən “ATECO” markalı yük avtomobilini qatar vurub. Nəticədə sürücü ağır xəsarət alıb. Yaralı sürücü təcili tibbi yardımla Şirvan xəstəxanasına aparılıb və qolu amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.