"Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin koronavirusa yoluxması barədə yayılan məlumatların heç bir əsası yoxdur".
HİT.Az xəbər verir ki, bunu "BakuPost"a açıqlamasında icra başçısının köməkçisi Yaşar Rzalı bildirib. Onun sözlərinə görə, İcra hakimiyyətinin aparatı hər həftə testdən keçir.
"İcra hakimiyyətində nə inzibati, nə də texniki işçilər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb. Aparat nümayəndələri - icra başçısı, müavinləri, köməkçilər hər həftə testdən keçirlər. Hazırda virusun yayılma təhlükəsi ilə əlaqədar olaraq heç bir tədbir də keçirilmir".
Y.Rzalı icra başçısının hazırda iş başında olduğunu qeyd edib.
Xatırladaq ki, Əhəd Abıyevin koronavirus testinin pozitiv çıxdığı, cavabı yanlış anladığı üçün iclasa qatılması barədə məlumat yayılıb.