Əsgərlikdən gələn oğluna məclis təşkil edən şəxs saxlanıldı

ÖLKƏ
09:51 / 06.07.2020
1128

Masallıda oğlunun hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən şəxs və qonaqları cərimələndi.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan HİT.Az-a verilən məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Ərkivan qəsəbə sakini Lazım Həsənovun oğlunun hərbi xidmətdən qayıtması münasibəti ilə həyətində məclis təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən şəxslər saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə gətiriliblər. Karantin qaydalarının pozulmasına görə, 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

0