“Efirə qayıdan həmkarlarımın verilişi partlamadı” - İlkin Həsəni

MAQAZİN
08:34 / 15.05.2020
1632

“Bu gün mənə çox adam deyir ki, niyə aparıcı kimi televiziyaya qayıtmırsan? Başımız “Bozbash pictures”ə o qədər qarışdı ki, yəni televiziya artıq 2-ci, 3-cü planda qaldı”.

Bu sözləri aparıcı-aktyor İlkin Həsəni “MTV Azərbaycan”a müsahibəsi zamanı deyib. O bildirib ki, efirə aparıcı kimi qayıda bilər:

“Bu il ola bilər ki, aparıcı kimi televiziyaya qayıtdım və yaxud “YouTube”da maraqlı layihə edib, orada görünməyə başladım. Bəzən arxiv videolara baxıram. Cavan, arıq bir oğlan əllə, qolla danışır. Başa salmağa çalışır. O kadrlara baxıb maraq yaranmağa başlayır ki, bəlkə yenidən qayıdım”.

Bəzi həmkarlarının qayıdışını o qədər də uğurlu saymayan İlkin, imza atmaq istədiyi layihəsindən də söz açıb:

“İstərdim elə bir layihə edim ki, hamıya maraqlı və davamlı olsun. Tamaşaçı istər “YouTube”da, istərsə də, televiziya kanallarında onu gözləsin. Elə həmkar dostlarımızı görmüşəm ki, yenidən qayıtdı. Sevindim, başı toylardan açıldı. Amma gəl ki, bu veriliş danışılan, müzakirə olunan olmadı. Murad Dadaşov illər öncə mənə bir söz demişdi. Dedim ki, Murad, mən televiziyada belə bir şey etmək istəyirəm. Nə fikirləşirsən? Tutar, ya yox?. Dedi, İlkin, yaxşı et. Studiya, tamaşaçı, birinci verilişində qonaq kim olacaq. Başladım gündəmdə olan adamların adlarını saymağa. Dedi, əla. 1-ci veriliş partladı. Sən mənə 15-ci verilişinin ssenarisini de, görüm qonaqlar kim olacaq? Sən nə edəcəksən? Mən də qaldım məətəl. Dedi, görürsən verilişə çıxarılacaq qonaq sayı azdır. Həm də tamaşaçının maraq göstərəcəyi insanlar azdır. Bir layihə maksimum 1-2 ay partlayır. Üç aydan sonra heç kim o barədə danışmır. Bir gün Aygün, Faiq, Röya, sonra məcbur olursan artıq “rakka-çıkkanı” dəvət edəsən”.

0
Axsam.az