Xaçmazda sərtləşdirilmiş karantin rejiminin ilk günündə toy mərasimi etmək istəyən şəxslər saxlanılıb.
HİT.Az-ın DİN-ə istinadən məlumatına görə, iyul ayının 5-də polisə Yalama kəndi ərazisində yerləşən evlərin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, bəy Şahverdi Rüstəmov və digər qonaqlar saxlanlıraq polis bölməsinə gətiriliblər.
Bölmədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ş.Rüstəmov və məclisdə iştirak edən 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin,za sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.