İmişli RİH başçısının İmişli Şəhər üzrə nümayəndəsi Sarıyev Cavid tutduğu vəzifədən azad edilib.
Avropa.info-nun məlumatına görə, bu barədə İmişli rayon icra başçısı Elçin Rzayev müvafiq əmr imzalayıb.
İşdən azad edilən İmişli Şəhər icra nümayəndəsinin vəzifələrinin icrası İmişli RİH-nın şöbə müdiri Fuad Kərimova həvalə olunub.