ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişində mərhum Xalq artisti, aktyor Rafael Dadaşovun həyat və yaradıcılığından danışılıb.
Verilişdə qonaq olan mərhum sənətkarın qızı Səidə Dadaşova atasının xoşbəxt olmadığını bildirib:
“Atam sənətkar olaraq sevilirdi, xoşbəxt idi, amma bir kişi kimi xoşbəxt deyildi. Minlərlə, milyonlarla sevəni, pərəstişkarı olsa da, qadın sarıdan xoşbəxt ola bilmədi. Səbəbi o idi ki, o çox sadiq insan idi”.
Oxu.az