Bakı polisindən oteldə çəkilən fotolarla bağlı açıqlama

ÖLKƏ
18:17 / 06.07.2020
1351

Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şösesində “Aysberq” otelinin xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərməsi barədə sosial şəbəkələrdə yayılan görüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

HİT.Az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindın qeyd olunan otelə baxış keçilib, qadağan olunan xidmət sahələri – idman, hovuz, restoranın fəaliyyət göstərmədiyi məlum olub.

Həmin fotoşəkillərin 2017-ci ildə çəkildiyi üzə çıxıb.

0