Karantin nə vaxtadək davam edəcək? – PREZİDENTDƏN AÇIQLAMA

SİYASƏT
22:12 / 06.07.2020
2117

Prezident İlham Əliyev karantin dövrünün nə qədər davam edəcəıyi ilə bağlı fikirlərini bölüşüb.

Hit.Az xəbər verir ki, ölkə televiziyalarına müsahibə verən prezident bildirib ki, «Biz pandemiya dövründə adətən karantin rejimini 1-2 həftə ərzində elan edirdik. Və nəzarət mexanizmlərini müəyyən edəndə baxırdıq ki, bu tədbirlər nəyə gətirib çıxarır»

Dövlət başçısı bildirib ki, bir qədər əvvəl sürətlə artan yoluxma sayı artıq sabitləşib: «Son bir neçə gün ərzində yoluxma sayı hardasa 500 ətrafında dəyişir. Amma biz hələ müsbət dinamikaya çıxmamışıq. Yəni bu günədək xəstələnənlərin sayı sağalanların sayından artıqdır. Bu mənfi dinamika səhiyyə sisteminə əlavə yükdür. Onu görə də bu rejim nə qədər davam edəcək, o daha da sərtəşəcək, yoxsa yumşalacaq, biz bunu yaxın gələcəkdə görəcəyik».

İlham Əliyev bildirib ki, hazırda dövlət tərəfindən bütün lazımi addımlar atılıb: «Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyi və sadə qaydalara əməl etməməsidir».

0