Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
HİT.Az xəbər verir ki, “Mercedes” markalı avtomobil 2 piyada qadını vurub.
Hər iki qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.
APA