Azərbaycanda baş həkim koronavirusa yoluxdu

ÖLKƏ
21:13 / 07.07.2020
2797

Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədovun koronavirus testinin nəticəsi müsbət çıxıb.

O, müalicə üçün Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

0
Apa.az