Rusiyada qadınları zorlayıb öldürən erməniyə ömürlük həbs

DÜNYA
12:18 / 15.05.2020
1652

Rusiyanın Rostov vilayətində silsilə qətllər törətmiş şəxs həbs edilib.

TASS xəbər verir ki, David Sarabaşyan 2018-ci ildə 25 yaşlı qızı zorladıqdan sonra öldürüb.
Sonra isə onun əşyalarını gizlədib. Həmin şəxs tutularaq həbs olunub.

İstintaqda məlum olub ki, D.Sarabaşyan silsilə qətllər törədib. O, 2000-ci ildə Rostov-Donda iki qadını zorladıqdan sonra öldürüb. 2001-ci ildə 16 yaşlı qız, 2003-cü ildə isə 41 yaşlı qadın Sarabaşyanın qurbanı olub.

2015-ci ildə o, 29 yaşlı qıza hücum etsə də, sonuncu qaçıb xilas ola bilib.
Məhkəmə tibb ekspertizası təqsirləndirilən şəxsin sadizmə meyilli olduğunu bildirsə də, onun cinayətləri şüurlu şəkildə törətdiyini qeyd edib.

D.Sarabaşyanın barəsində ömürlük həbs hökmü çıxarılıb.

0
Virtualaz.org