Koronavirus (COVID-19) infeksiyasına yoluxan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Real TV) baş direktoru Mirşahin Ağayevin vəziyyəti stabildir və müalicəsi davam etdirilir.
HİT.Az xəbər verir ki, unu Modern.az-a açıqlamasında “Real”ın baş redaktor müavini Lalə Nurəddinqızı bildirib.
L.Nurəddinqızının sözlərinə görə, M.Ağayevin həyat yoldaşı Səbinə Ağayeva bəzi məlumatlarda deyildiyi kimi xəstəxanada deyil:
“Onun səhhətiylə bağlı heç bir problem yoxdur”.
Qeyd edək ki, təhlükəsizlik səbəbilə Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülüb.