Qurban Qurbanov və oğlu mövsümün ən yaxşı futbolçusunu açıqladı

İDMAN
20:28 / 08.07.2020
1128

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün futbolçusunu müəyyənləşdirib.

Bu barədə 48 yaşlı mütəxəssis "Report"a açıqlama verib. Qurbanov koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan çempionatın ən yaxşısı adına "Neftçi"nin fransalı hücumçusu Stiven Monrozu layiq görüb.

Baş məşqçinin oğlu, I divizionda 15 qolla bombardir olmuş Musa Qurbanlı da bu nominasiya üzrə öz seçimini edib. "Qarabağ"ın əsas komandasına da cəlb edilmiş gənc hücumçu "Keşlə"dən paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini fərqləndirib.

 

0