Binəqədi rayonu 9-cu mikrorayon ərazisində suyun verilməsində məhdudiyyət olacaq.
“Azərsu” ASC-dən HİT.Az-a verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində su şəbəkəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 08 iyul 2020-ci il tarixində gün ərzində 9-cu mikrorayon və Zeytunluq ərazisinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.