Milli Məclisin deputatı Erkin Qədirli pandemiyaya görə dövlətdən maliyyə yardımı alması xəbəri ilə bağlı məsələyə aydınlıq gətirib.
E. Qədirli bildirib ki, o VÖEN-ini 13 mart 2020-ci ildən 2025-ci il tarixədək bağlayıb: “Mənim hesabıma ödənilmiş məbləğ (350 manat) 13 mart 2020-ci il tarixinədək ödədiyim vergilərə mütanasib hesablanıb. Həmin məbləği də cibimə qoymamışam, xeyriyyə məqsədilə xərcləmişəm. Onu da deyim ki, AŞPA-da nümayəndə heyətinin üzvü kimi, 2018-2019-ci illərdə aldığım gəlirlər və ödədiyim vergilər haqqında bəyannaməmi Strasburqa göndərmişəm”.
Qeyd edək ki, ötən gün Yeniavaz saytında pandemiyadan zərərçəkməsinə görə 3 deputatın dövlətdən maliyyə yardımı almasıyla bağlı iddia yayımlanıb. Həmin adlar arasında Erkin Qədirlidən başqa, millət vəkilləri Aqil Abbasla Vüqar Bayramovun da adı var.