Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmamasına dair məhkəmə qərarı ilə bağlı kassasiya şikayəti verib.
HİT.Az xəbər verir ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmasına dair Cahangir Hacıyevin ərizəsini Qaradağ rayon Məhkəməsi təmin etməyib, apellyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb.
Xatırladaq ki, C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər cinayətlərdə təqsirli bilinərək, əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsində onun cəzası 3 ay azaldılıb və barəsində 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.