Daha üç həkim koronavirusa yoluxdu

ÖLKƏ
17:12 / 08.07.2020
1064

Azərbaycanda daha üç həkim koronavirusa yoluxub.

HİT.Az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Bərdə Müalicə Diaqnostika Mərkəzinin həkimlərinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanın baş həkimi İftixar Zeynalov açıqlamasında bildirib ki, hazırda Bərdədəki mərkəzin iki əməkdaşı burada müalicə alır:

“Bərdə Müalicə Diaqnostika Mərkəzindən üç nəfər buraya gətirilmişdi. Bir nəfər artıq evə buraxılıb. İki nəfərin isə vəziyyətli qənaətbəxşdir”.

Qeyd edək ki, Bərdə xəstəxanalarından ümumilikdə altı tibb işçisi COVID-19-a yoluxub.

1