Azərbaycanda koronavirus həkimləri qəzaya düşdü

ÖLKƏ
19:01 / 08.07.2020
865

Quba Mərkəzi Rayon  Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb. 

Hit.Az Report-a istinadən xəbər verir ki, Xudat Şəhər Xəstəxanasının tibbi personalı Quba Rayon Xəstəxanasından növbədən qayıdarkən, yolda təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir. 

Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən  briqadalrından birinin tibb işçiləri olub. 

Faktla bağlı araşdırma aparılır.

1