NASA-dan Plutonla bağlı maraqlı açıqlama (VİDEO)

DÜNYA
20:46 / 15.05.2020
1803

NASA Kosmik Agentliyinin işçiləri Plutonun relyefinin müxtəlifliyi haqda danışıb.

NASA-dan bu obyektin səthinin yarısının su buzu ilə örtüldüyünü bildiriblər. Plutonun səthində mütəxəssislər düzənliklər, dağ silsilələri, eləcə də tərəziyə bənzəyən qəribə cisimlər tapıb. İncə buz təbəqələrinin altında su buzlarının yataqları şəklində qabığın gizlənə biləcəyi məlum olub.

Plutonun qeyri-adi relyefə malik olmasına və onun dağılmasına imkan verməyən də məhz odur. Bu yaxınlarda mütəxəssislər Plutonun xəritələrini tərtib edərək vurğulayıblar ki, bu obyektdəki su buzlarıyla tez-tez qarşılaşmaq olar. Buzla örtülməyən yeganə bölgənin Sputnik düzənliyi olduğu ortaya çıxıb. Bu kəşf alimlərin həmin bölgənin geologiya baxımından olduqca yaxınlarda yaranmasıyla bağlı fikrini bir daha təsdiqləmiş olub. Bu bölgə Plutonun təkində baş verən proseslər səbəbindən meydana gəlib, lakin elm adamları hələ də onun sirrini tapa bilmirlər. Xatırladaq ki, əvvəllər NASA əməkdaşları da Yelloustoun Təbiət Qoruğuna bənzəyən unikal dərələr aşkar etmişdilər.

"Pluton keçmişdə planetdə baş verən relyef forması və proseslərin müxtəlifliyi ilə əlaqədar gözləntilərimizi çox aşdı", - alimlər deyib. Onların sözlərinə görə, bəzi yerlərdə Plutonun üzərindəki buz təbəqəsi bir neçə kilometrə çata bilər. Plutonda azot və digər kondensatlar səbəbindən sürətli buxarlanma baş verir və yaylaya doğru axınlar əmələ gəlir.

Alpər

0
Qaynarinfo.az