Aya Sofya ilə bağlı qərar ləğv edildi

DÜNYA
21:39 / 09.07.2020
1955

"Dövlət şurası, Ayasofyanın 27.11.1934 tarixli qərarını yekdilliklə ləğv etdi. Məscid kimi qalmalı olduğunu söylədi və bu məsələyə nöqtə qoyuldu, geri sayma başladı."

Bu açıqlamanı Jurnalist və Beynəlxalq Sosial Media (USMED) prezidenti Mehmet Ardıç öz sosial medya hesabından paylaşıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu paylaşım Aya Sofya ilə bağlı gündəmi sarsıb.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatına əsasən, Aya Sofyanın muzey statusunun ləğv edilərək, məscid kimi fəaliyyət göstərməsi üçün işlərə başlanılması və eyni zamanda Dövlət Şurasının bu həftə içində açıqlama verəcəyi gözlənilir.

Halk tv-də verlişə qonaq olan HDP-li millət vəkili Hüda Kaya da mövzuya münasibət bildirib. Kaya, Aya Sofyanın məscidə deyil, kilsəyə çevrilməli olduğunu bildirib:

"Aya Sofya kimi işğal altında olan yüzlərlə kilsə var. Ora məscid deməklə olmur. Bunu Tanrının evi etmək lazımdır. Aya Sofyanın xüsusi bir mövqeyi var. Ora hansı inanc üzərində qurulubsa, elə də qalmalıdır".

Bu ifadə isə sosial mediada birmənalı qarşılanmayıb.

Xatırladaq ki, 15 əsirlik bir tarixə sahib və Türkiyənin ən çox turist qəbul edən muzeylərindən biri olan Aya Sofyanın yenidən məscidə çevrilməsi ilə bağlı müzakirələr davam edirdi. İstanbulun fəthindən sonra Fatih Sultan Mehmet tərəfindən məscidə çevrilən Aya Sofya, 500 il məscid olaraq qalıb.Son olaraq muzey kimi fəaliyyət göstərən Ayasofyanın, məscid kimi fəaliyyət göstərməsi üçün məhkəməyə müraciət edilmişdi.

0