Bəhram hələ danışa bilmir - Xanımı

ÖLKƏ
19:13 / 09.07.2020
1072

“Bəhram Bağırzadənin vəziyyəti əvvəlki günlərə baxanda daha yaxşıdır, lakin hələ də aparata qoşuludur".

HİT.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

Ş.Bağırzadə bildirib ki, aktyorun huşu üstündədir, dünən həkimlərin köməyi ilə bir qədər oturub:

"Lakin hələ də aparata qoşulu olduğu üçün danışa bilmir".

O, B.Bağırzadənin nə zaman renimasiyadan palataya köçürüləcəyini bilmədiyini vurğulayıb:

"Bu barədə həkimlər heç bir proqnoz vermirlər. Sadəcə gözləmək lazımdır. Əsas odur ki, Bəhramın səhhətində irəliləyiş var, yaxşıdır, inşallah, daha da yaxşı olacağını gözləyirik".

2