DİN-in əməliyyatı özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir - Açıqlama

ÖLKƏ
14:40 / 09.07.2020
1277

Kənd Təsərrüfatı Nazirliyi: DİN-in əməliyyatı özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir

Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb.

Bu barədə məlumat verən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov media nümayəndələrinin nəzərinə çatdırıb ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir:

"Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq".

0
modern.az