“Qaçqınkom”dan məcburi köçkünlərə verilən mənzillərlə bağlı açıqlama

ÖLKƏ
12:01 / 15.05.2020
1228
“Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayır, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür”.

Hit.Az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən açıqlamada bildirilib.
 
Qeyd olunub ki, Komitə Prezidentin verdiyi bütün tapşırıqların ədalətli icrasına nail olmağa çalışır.
 
“Aparılan işlər barədə ölkə rəhbərliyinə hesabat verilir, məruzə olunur”, - deyə məlumatda bildirilib.

Komitənin məlumatına əsasən, məcburi köçkünlərə verilən mənzillərin bölgüsündə ədalət və şəffaflıq prinsiplərinə əməl edilir:
 
“Bu sahədə iş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi üzrə mövcud qaydaları əsasında aparılır”
0