Paşinyanın babası SSRİ-də xain hesab olunurdu – YENİ FAKTLAR

20:53 / 09.07.2020
1377

Mayın 9-da, İkinci Dünya Müharibəsinin 75-ci ildönümü Ermənistan Baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində babasının şəklini paylaşaraq, yazmışdı: “Paşinyan Nikol Arakeloviç 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda canından keçənlərə əbədi eşq olsun”. Bu yazıdan sonra mediada Nikol Paşinyanın babasının nasist Almaniyası ilə əməkdaşlıq etdiyi barədə müzakirələr başladı. Rusiya Müdafiə Nazirliyinin yaratdığı “Memorial” veb saytından istifadə edərək (bu Arxivdə İkinci Dünya Müharibəsi qurbanlarının, itkin düşmüş və ölənlərin məlumatları var), Nikol Paşinyanın babasının məlumatlarını tapmışdılar.

Medianın bu xəbərlərindən sonra, “İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi” qeyri-dövlət kommersiya təşkilatı tərəfindən qurulan Faktlar Axtaran Platform Paşinyanın babasının alman ordusunu dəstəklədiyi haqqında məlumatın həqiqətə uyğun olmadığını açıqladı.

Bu nəşrlərdən bir neçə ay sonra, Rusiya Müdafiə Nazirliyinin yaratdığı “Memorial” platformasında Nikol Arakeli Paşinyan haqqında məlumatların yoxa çıxdığını gördük. Platformada yalnız mediada yayılan məlumatlara görə xain olan Nikol Vardanoviç Paşinyan haqqında məlumat var.


Paşinyan babası ilə bağlı gerçəkləri rəsmi “nikolpashinyan.com” saytında yazıb və bu məlumat da artıq mövcud deyil, ancaq saytın arxivləşdirilmiş versiyasını tapmaq mümkün olub. Həmin məlumatda Paşinyan babası haqqında belə yazır: “Mənim babam Nikol Arakeli Paşinyan II Dünya Müharibəsində ölüb. Mənə deyilənə görə, onların alayı hətta silah almağa vaxt tapmadan Krım yarımadasında əsir düşüb. Sonra babam və bir neçə dostları ilə birgə əsir düşərgəsindən qaçış təşkil edib və qaçarkən ölüblər. Deyilənə görə, o, İcevan polisinin pasport şöbəsinin rəisi olub. İki xalamı və yeni doğulmuş atamı evdə qoyaraq könüllü olaraq cəbhəyə yola düşüb. ”


Rəsmi saytında gördüyümüz kimi, Paşinyan babasının silah almağa belə macal tapmadan əsir götürüldüyünü bildirir. Başqa sözlə, Paşinyan etiraf edir ki, babası bir gün belə döyüşməyə imkan tapmayıb. Maraqlıdır ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi platformasındakı məlumatlara əsasən xain Paşinyanın hərbi hissəsinin ilk yerləşmə yerinin də Ukrayna olduğu qeyd edilib.


Maraqlıdır ki, mayın 8-də “MİR” telekanalına müsahibəsində Paşinyan təsadüfən babası ilə bağlı iki sənədin olduğunu bildirib: “Biz, hətta babamın necə öldüyünü də bilmirik. Bir sənədə görə 1943-cü ildə ölüb, digər sənədlərlə görə isə itkin düşüb”.


Başqa sözlə, ilk başdan “Memorial” platformasında olan hər iki Paşinyan eyni adamlar olub. Bunlardan birinin, yəni Nikol Arakeli Paşinyan haqqında məlumatların Rusiya Müdafiə Nazirliyinin “Memorial” rəsmi platformasından çıxarılmasının səbəbi budur. Paşinyanın çıxışından göründüyü kimi, o, “həlak olmaq” barədə danışmır, hər iki halda “ölüb” sözündən istifadə edir.

Həmin müsahibə zamanı Paşinyan həm də yalan danışıb. O, babası haqqında heç nə xatırlamadığını bildirib: “Babam haqqında heç nə xatırlamıram, hətta atam da onu xatırlamır. Çünki babam müharibəyə gedəndə atam bir yaşında olub”.

Ancaq rəsmi saytında artıq gördüyümüz məlumata əsasən Paşinyan babasının taleyi barədə kifayət qədər məlumatlı olub.

Bu məlumatlara yekun vuraraq deyə bilərik ki, Paşinyanın babası əslində SSRİ-də xain hesab olunub. Paşinyan özü babası ilə bağlı iki sənədin olduğunu etiraf edir.

Nikol Arakeli Paşinyan haqqında məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi platformasından çıxarılıb. Bu o deməkdir ki, Rusiya Müdafiə Nazirliyi müharibədə bir Paşinyanın iştirak etdiyini və rəsmi mənbələrə görə düşmənlə əməkdaşlıq etdiyini özü üçün aydınlaşdırıb. Paşinyanın keçmişdə babası haqqında sərbəst danışdığını, bu barədə rəsmi saytında yazdığını, indi isə heç nəyi xatırlamadığını bəyan etməsinə dair şübhəli davranış tərzini də qeyd etmək lazıımdır. Bu məqam ən azı Paşinyanın reallığı gizlətməyə çalışdığına dair şübhə doğurur.
 

0
Ordu.az