Azərbaycan MDB ölkələri arasında 30 İLİN REKORDUNU VURDU

ÖLKƏ
17:21 / 09.07.2020
1644

Dünya Bankı keçmiş Sovet respublikaları ilə bağlı statistikanı açıqlayıb.

Dünya Bankı 1990-2019-cu illərdə keçmiş sovet respublikalarının Ümumi Daxili Məhsul istehsalının arrtım tempini hesablayıb.

Hesabat 1990-cı illə müqayisədə ÜDM-un artım tempinin Azərbaycan olduğunu göstərib. Belə ki, 1999-cı illər müqayisədə 30 il sonra – 2019-cu ildə Azərbaycanın ÜDM-ü 341% artıb. Bu göstərici Türkmənistanda 318%, Tacikistanda 305%, Özbəkistanda 242%, Ermənistanda 225%, Qazaxıstanda 219%, Gürcüstanda 179%, Moldovada 133%, Belarusda 126%, Qırğızıstanda 125%, Litvada 112%, Estoniyada 96%, Latviyada 94% və Rusiyada 24% artıb.

Siyahıdan da göründüyü kimi Azərbaycan 15 keçmiş müttəfiq respublika arasında şəksiz liderdir. Dünya Bankı artım tempini hesablayan zaman dolların 2010-cu ildəki kursunu əsas götürüb.

0
modern.az