Vilayət Eyvazov Bakının bu rayonlarının rəislərinin yerini DƏYİŞDİ

ÖLKƏ
22:03 / 09.07.2020
1522

Daxili işlər orqanlarında kadr dəyişiklikləri davam edir.

Qaradağ rayon Polis İdarəsinin rəisi, polkovnik Əli İbrahimov vəzifəsindən azad olunaraq Xəzər rayon Polis İdarəsinin rəisi təyin olunub. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun digər əmri ilə Xəzər rayon Polis İdarəsinin rəisi, polkovnik İsfəndiyar Mehbalıyev isə Qaradağ rayon Polis İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğludur.

 

0
Unikal.org