Nyu-Yorkun mərkəzində "Tramp ölüm saatı" quraşdırıldı

DÜNYA
00:28 / 16.05.2020
1891

Koronavirusun yayılmasından ən çox təsirlənən ABŞ-ın virusa qarşı lazımi tədbirlər görməməkdə günahlandırılan dövlət başçısı Donald Tramp sərt tənqidə məruz qalıb.

HİT.Az xəbər verir ki, rejissor Yujin Careki tərəfindən Nyu-Yorkun ən məşhur məkanı olan Tayms Meydanında qurulan panel "Tramp ölüm saatı" adı verilib. Panel virusun yayılma episentri olan Nyu-Yorkda Covid-19 ölümlərini sayır. Rejissor "Qoy rəqəmlər danışsın" deyərək belə bir işə imza atıb.

0