Nazirlər Kabinetinin kreditlərlə bağlı verdiyi qərarın detalları - Açıqlama

ÖLKƏ
13:15 / 10.07.2020
2235

"Məbləği 200 min manata kimi olan kreditlərin müddəti 7 günə kimi olacaq".

HİT.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Baş nazir COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, söhbət elektron kredit portalı vasitəsi ilə kreditlərin təklif edilməsindən gedir:

"Nəzərə alsaq ki, bu kreditlərin verilməsi zamanı iki mühüm məqam var. Birincisi, elektron kredit portalı ilə müraciət zamanı daha qısa zamanda müraciətlərə baxılması və kreditlərin verilməsi həyata keçiriləcək. Nəzərə alsaq ki, sürətli, yəni məbləği 200 min manata kimi keriditlərin müddəti 7 günə kimi olacaq və nəticə etibari ilə buna imkan verəcək ki, sahibkar bir həftə ərzində məhz bu kreditlərdən faydalana bilsin. Daha nisbətən böyük məbləğli kreditlər üçün bu müddət 10 günü əhatə edəcək. Proses elektron olduğundan şəfaflığı qorumaq mümkün olacaq. Eyni zamanda bu imkan verəcək ki, müraciətlərə müraciət tarixinə uyğun olaraq baxılsın və nəticə etibari ilə bu da daha qısa müddətdə müraciətlərə baxılıb cavablandırılmasına imkan verəcək".

Deputat bildirib ki, digər istiqamət güzəştli kredit potfelinin təqdim edilməsi ilə bağlıdır:

"Yeni qaydalar 500 milyon manatlıq güzəştli kredit potfelinin təqdim edilməsinə imkan verəcək. Bunun da 300 milyon manatı məhz dövlət tərəfindən zəmanət verilən kreditlər olacaq. Güzəştli kreditlərdə həm aqrar sektor, həm də digər sahələr üzrə kreditlərin təklif edilməsi nəzərdə tutulur. Əvvala texnologiyanın alınması ilə bağlı güzəştli kreditlərin təklif edilməsi də nəzərdə tutulur. Bu zaman əsas məqam ondan ibarətdir ki, həmin kreditlərə müraciət edən zaman sahibkardan girov tələb olunmayacaq. Bu, çox vacib məqamdır. Çünki rayonlarda yaşayan sahibkarların girov tədim etməkdə çətinlikləri var. Nəzərə alsaq ki, banklar girovu, əmlakı Bakıdan istəyir. Rayonda yaşayan sahibkarların  girov təklif etmək imkanları məhdud olduğuna görə, onların kreditlərə çıxış imkanları məhdud olurdu. Amma yeni qaydalara əsasən, məhsulun özü, yəni sahibkarın aldığı texnologiya və avadanlığın özü girov kimi çıxış edəcək və artıq sahibkara digər əmlakı girov olaraq tədim etməyə  ehtiyac olmayacaq". 

Vüqar Bayramov vurğulayıb ki, kredit faizləri 15 faizdən çox olmamaq şərti ilə kredit faizlərinin yarısına dövlət tərəfindən güzəşt ediləcək:

"Nəticə etibarı ilə buna imkan veriləcək ki, sahibkarlar kreditlər üzrə faizlərin yarısını güzəşt formasında kreditləri əldə etmək imkanı qazanacaq. Yəni, yarısını sahibkar, yarısını dövlət ödəmək şərti ilə kreditləri əldə etmək imkanı qazanacaqlar. Aqrar sektor üzrə kreditlərdə həm kredit, həm də güzəşt müddəti uzadılır. Kiçik kreditlər üzrə müddət 3 ildən 5 ilə kimi, digər kreditlər üzrə isə 5 ildən 7 ilə kimi artırılır. Eyni zamanda kredit müddətinin yarısına  güzəşt tətbiq olunacaq. Təbii ki, bu çox vacib məqamdır. Çünki aqrar sektorda gəlirin əldə edilməsi adətən zaman tələb edir. Xüsusən də heyvandarlıqla məşğul olan zaman müəyyən zaman tələb olunur. Bu zaman sahibkar qısa müddətdə gəlir əldə edə bilmədiyi üçün götürdüyü krediti qaytarmaqda çətinlik çəkirdi. Bu baxımdan güzəşt müddətinin uazadılması sahibkarlara iman verəcək ki, məhz o ödənişlərdə güzəştlər əldə edə, təbii ki, əldə etdiyi gəliri də öz istehsalının genişləndirilməsinə sərf edə bilsin".

Deputat qeyd edib ki, ölkədə fəaliyyət göstərən sahibkarlar elektron kredit portfeli ilə  müraciət imkanına nail olacaq:

"Nəticə etibari ilə bu, onların həmin kreditlərdən yararlanmasına imkan verəcək. Söhbət təbii ki, bisnes, real sektora yönəldilən və sahibkarların əldə edəcəkləri kreditlərdən gedir. Bu imkan verəcək ki, sahibkarlar elektron kredit portfeli vasitəsi ilə elektron müraciət etməklə həmin kreditləri əldə edə bilsinlər".

Vüqar Bayramovun fikrincə, bu, əslində iqtisadi paketin istiqamətlərindən biridir: 

"Paketin üstünlükləri post-pandemiya dövründə aktivliyi qısa zamanda bərpa etməkdən ibarətdir. Çünki sahibkarların kreditə ehtiyacı var. Onların maliyyə resurslarının artırılması çox vacibdir." 

Xatırladaq ki, Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib.

0