Ekspres avtobusların fəaliyyəti dayandırılır
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejimi barədə qərarına uyğun olaraq 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti tam dayandırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
O qeyd edib ki, bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.