Zaur Baxşəliyevə mənzil bağışladığı deyilən iş adamı danışdı

13:53 / 15.05.2020
2566

Tanınmış teleaparıcı Zaur Baxşəliyevə ev bağışladığı deyilən iş adamı, "İnturavto" Açıq Səhmdar cəmiyyətinin sədri Aydın Heydərov "Ölkə.Az"-a danışıb. Heydərov sözügedən xəbəri təsdiq etməsə də, bir sıra xeyriyyə işləri gördüyünü diqqətə çatdırıb:

"Mən indiyə kimi onlarla insanı Həcc ziyarətinə gördərmişəm, amma bu barədə heç vaxt heç yerdə danışmamışam. Zaur Baxşəliyevə mənzil bağışlamağımla bağlı yayılan xəbərlərə bir söz deyə bilmərəm. Hər kəs öz istədiyini danışmaqda sərbəstdir".

Qeyd edək ki, Z.Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" verilişində yalnız bir mənzilinin olduğunu və həmin mənzilin də ona Aydın Heydərov tərəfindən bağışlandığını bildirmişdi:

"Mənim bircə dənə evim var, onu da mənə dəyərli ağsaqqalımız Aydın Heydərov hədiyyə edib. Allah ona can sağlığı, uzun ömür versin. Ölənədək ona borcluyam".

0
Olke.az