Sumqayıtda şöbə müdiri koronavirusa yoluxdu - FOTO

16:25 / 11.07.2020
1007

Sumqayıt şəhər Təcili Tibbi Xəstəxanasının Reanimasiya şöbəsinin müdiri Sarvan Hacıyev koronavirusa yoluxub.

S. Hacıyevin COVİD 19 testinin nəticəsi pozitiv çıxıb və o xəstəxanaya yerləşdirilib.

Məlumatı Xeberle.com-a xəstəxananın baş həkimi Rauf Sadıxov da təsdiq edib. O bildirib ki, reanimasiya şöbəsinin işçiləri COVİD-19-a yoluxub.

Bu barədə məlumatı xeberle.com-a xəstəxananın baş həkimi Rauf Sadıxov təsdiqləyib.

Onun sözlərinə görə, şöbə müdiri ilə yanaşı, rəhbərlik etdiyi tibb müəssisəsində çalışan işçilər arasında da koronavirusa yoluxanlar var: "Virusa yoluxan tibbi personal arasında reanimasiya şöbəsinin müdiri Sarvan Hacıyev də var. Bununla yanaşı, yoluxanlar arasında tibb bacısı, sanitarlara da rast gəlinir. Amma həmin şəxslər artıq sağalma mərhələsindədir. Virusa yoluxan işçilərdən ağır vəziyyətdə olanı yoxdur".

R.Sadıxov həmçinin qeyd edib ki, tibb personalı arasında virusa yoluxma halı çoxluq təşkil etsə də, şöbə öz fəaliyyətini davam etdirir. Digər şöbələrin işçiləri şöbəyə cəlb olunub.

<img alt="Sumqayıtda" şöbə="" müdiri="" koronavirusa="" yoluxdu:="" personalda="" da="" aşkarlanıb="" -foto"="" data-cke-saved-src="/file/articles/2020/07/11/100998.jpg" src="/file/articles/2020/07/11/100998.jpg">

1
Xeberle.com