Məşhur hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.
“Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilər yoxlamadan keçdi, nəticələri gözləyirlər”, – deyə aktyor “Twitter”də yazıb.