Dünya Kilsələr Şurasından Ayasofya ilə bağlı qərara reaksiya

DÜNYA
09:13 / 12.07.2020
1243

350 xristian kilsəni təmsil edən Dünya Kilsələr Şurası şənbə günü Türkiyə prezidentinə onun Ayasofya muzeyini yenidən məscidə çevirmək qərarı ilə bağlı “kədər və çaşqınlıq” yaşadığını ifadə edən məktub ünvanladığını bildirib.

Ayasofya “1934-cü ildə məsciddən muzeyə çevrildiyi zamandan bəri bütün millət və dinlərdən gələn insanlar üçün açıqlıq, qarşılaşma və ilham yeri idi” – Cenevrədə qərargahlanan şuranın baş katib vəzifəsinin müvəqqəti icra edən İoan Sauka məktubda yazıb.

UNESCO-nun ümumdünya irsi siyahısına daxil olan 1500 illik bina ilk əvvəl Pravoslav Xristian kilsəsi olmuş, Osmanlının 1453-cü ildə İstanbulu fəth etməsindən sonra isə məscidə çevrilmişdi.

Prezident Rəcəb Tayyib Ərdoğan cümə günü dünyanın memarlıq möcüzələrindən biri hesab edilən muzeyin bundan sonra məscid olaraq fəaliyyət göstərəcəyini və müəslmanların ibadətinə açıq olacağını elan edib. Bu isə Xristian icması və qonşu Yunanıstanda qəzəbə səbəb olub.

Ərdoğan bu açıqlamanı Türkiyənin ali məhkəməsi 1934-cü ildə altıncı əsrdə inşa edən Bizans dövrünə aid binanı muzeyə çevirən qərarı ləğv etməsindən sonra edib.

Şuranın şənbə günü yaydığı bəyanatda deyilir: “Ayasofyanı yenidən məscidə çevirməyə qəra verməklə siz Türkiyənin açıq olduğuna dair o müsbət işarəni aradan qaldırb, onu təcrid və bölgü işarəsi ilə əvəzləmisiniz.

Bu addımın “qeyri-müəyyənlik, şübhələ və inamsızlıq yaradacağı və bizim müxtəlif inancları olan insanları dialoq və əməkdaşlıq masası arxasında toplamaq səylərimizə xələl gətirəcəyi qaçılmazdır,” bəyanatda deyilir.

Şura xəbərdarlıq edib ki, bu qərar həmçinin mövcud status-kvonu dağıtmaq və dini icmalar arasında ixtilafları təbliğ etmək istəyən başqa qrumpların həvəsləndirəcək.

0
Amerikaninsesi.org