Avropalılar bu turistləri ölkələrində görmək istəmir

DÜNYA
13:05 / 12.07.2020
1283

İtalyanların üçdə ikisi amerikalı turistləri istəmir.

Axar.az xəbər verir ki, bu nəticə “YouGov” araşdırma şirkətinin sorğusundan sonra ortaya çıxıb.

Rəyi soruşulanların 61 faizi amerikalı turistləri ölkələrində görmək istəmədiyini deyib. Çinlilərə qarşı olanlar 57 faiz, britaniyalılara qarşı olanlar isə 44 faiz təşkil edib.

Maraqlıdır ki, analoji vəziyyət Fransa, İspaniya, Almaniya, Danimarka, Norveç və Finlandiyada da qeydə alınıb. Adıçəkilən ölkələrin əhalisinin 57-77 faizi ABŞ və Çindən olan turistlərin ölkələrinə gəlişinə qarşı çıxıb.

0