"Qalatasaray" klubu transfer bombasını partlatmağa hazırlaşır.
"Cimbom" Mario Mandzukiçlə danışıqlar aparır.
Qətərin "Əl-Duhail" klub ilə yollarını ayıran xorvat hücumçu ilə Türkiyə klubunun rəsmiləri arasında ilk görüş baş tutub. Yyılan xəbər görə, Mandzukiç "Qalatasaray"ın təklifinə müsbət yanaşır və Türkiyədə oynamağa razıdır.
İstanbul təmsilçisi xorvat futbolçuya illik 3,5 milyon avro təklif edir.
Offsideplus.az