Rəssam Vüsal Rəhim sosial şəbəkədə AMEA-nın Rəyasət Heyətinin binasının üzərindəki kiril əlifbasında olan hərflərin direl ilə sökülməsini əks etdirən video paylaşaraq, buna etirazını bildirib.
AMEA-nın dəftərxana sektorunun müdiri Zeynəb Həcəmova isə rəssamı bu videoya görə təhqir edib. Z.Həcəmova sosial şəbəkədə bunları yazıb:
“Maşallah, satqınlıqda, yerli-yersiz çəkiliş edib haradasa yerləşdirməklə tayımız bərabərimiz yoxdur!”
Xatırladaq ki, AMEA-nın Rəyasət Heyətinin binasının üzərində kiril əlifbasında “Azərbaycan SSR Elmlər Akademiyası” sözləri yazılmışdı.
Vüsal Rəhim
konkret.az