Moskvada məhdudiyyətlər götürüldü: Məktəbdən diskotekaya qədər açıldı

DÜNYA
19:00 / 13.07.2020
1480

Bu gündən etibarən Rusiya paytaxtı Moskvada karantin tədbirləri növbəti dəfə yumşaldılıb.

Bu gündən etibarən küçədə məcburi maska rejimi ləğv edilib. Həmçinin uşaq düşərgələri və tədris müəssisələri işini bərpa edib. Şəhər meri Sergey Sobyanin bildirib ki, şəhərdə epidemioloji vəziyyətin getdikcə yaxşılaşması yumşaldılmaların növbəti mərhələsinə imkan verir.

Bu gündən etibarən ali təhsil müəssisələri, məktəblər və kolleclərdə onlayn tədris rejiminə də son verilib. Abituriyentlər imtahanları əyani verə bilərlər. Ancaq bununla bağlı qərar nazirlik səviyyəsində qəbul olunacaq. Musiqi, incəsənt, idman, rəssamlıq məktəblərində, uşaq və böyüklər üçün kurslarda məsafədən tədris də ləğv edilib. Əyləncə mərkəzləri açılıb. Şəhər meri yeni tədris ilinin 1 sentyabrda başlayacağını bildirib.

Bu gündən həmçinin parklar açılacaq, diskotekalar fəaliyyətə başlayıb, dərnəklər bərpa olunub. Ancaq bu müəssisələr tutumunun 50 faizi qədər insan qəbul edə biləcək. Sahibkarlıq subyektləri və xidmət müəssisələrində də sanitar tələblər qorunmaqla bütün məhdudiyyətlər qaldırılıb.

Küçələrdə tibbi maska taxmaq artıq məcburi olmasa da, tibb müəssisələri, mağazalar, ictimai nəqliyyyatda tibbi maska və əlcək taxılmalıdır.

 

0
Cebhe.info