Brilliant oğlundan üzr istədi: Səni qoruya bilmədim

MAQAZİN
23:47 / 13.07.2020
2184

Xalq artisti Brilliant Dadaşova İnstaqramda oğlu Cahadın uşaqlıq videosunu paylaşaraq onu böhtandan qoruya bilmədiyini yazıb.

Yenisabah.az xəbər verir ki, son günlər oğlu haqqında yayılan söz-söhbətlərdən bezən sənətçi bu sözləri qeyd edib: "Aman-zaman uşağımı da şər-şeytandan, quru böhtandan qoruya bilmədim. Oğlum, məni bağışla... Kaş sənə əvvəldən, balacalıqdan "milli xüsusiyyətimizə" çevrilmiş sözbazların, iftiraçıların, paxıl ünsürlərin nisbətən çoxluq təşkil etdiyini izah edərdim. Hamımızın balasını Allah qorusun. Bəndə kimdir ki... Bəli, xalqımız 30 ildir şəhid verir. Məncə, bir-birimizin, həyatın təbəssümün dəyərini daha çox bilməliyik. Bu qəhqəhəni atanda 2000-ci il idi. Heç narahat olmayın... Çətin bu dünyanı sarsıdan pandemiyadan sonra hansımızsa belə qəhqəhə ataq".

Xatırladaq ki, Xalq artistinin oğlu Cahad Hacıyevin sosial şəbəkədə “Fairmont Baku” otelində baş verənlərlə bağlı yazdığı zarafatyana fikirlər səs-küyə səbəb olmuşdu. Onun “facebook” hesabında ingilis məsəli olan “İşverənlər, siz incimisiniz ki, sizi otelə dəvət etməyiblər” – deyə yazması birmənalı qarşılanmamışdı və o, milləti təhqir etməkdə ittiham olunmuşdu.

1
Yenisabah.az