Cəlilabad rayonunun Günəşli kənd həkim məntəqəsinin baş həkimi Cavanşir Bağırova məxsus ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Hit.Az "Report"a istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.