“Təəssüf ki, çox ciddi xəstəliyimlə əlaqədar Marja.az-ın fəaliyyətini daydırmaq qərarı verdim”.
HİT.Az-ın məlumatına görə, bunu adı çəkilən saytın rəhbəri Seymur Yunusov bildirib.
S.Yunusov qeyd edib ki, işçilərin hesabına saytın fəaliyyətinin davam etdirilməsinə çox çalışıb:
“Lakin istədiyim səviyyə alınmadı. Operativlik, fərqlilik itirdi, müştərilərlə əlaqələr pisləşirdi. Saytın sahibi olmaqla bərabər ona redaktorluq edirdim, xəbərlərin yayımlanıb-yayımlanmamasına qərar verirdim. Bu, çox məsuliyyətli məsələdir, bunu işçilərin ixtiyarına buraxmaq olmaz. Eyni zamanda bir çox xəbərlər mənim tərəfimdən hazırlanırdı. Xəstəlik həm jurnalistlik, həm də redaktorluq fəaliyyətimə imkan vermir.
Marja.az-ın oxucularından və müştərilərindən üzr istəyirəm”.
Jurnalist ötən müddət ərzində dəstək verən hər kəsə təşəkkür edib:
“Sizlərə çoxlu minnətdarlığımı bildirirəm. Həmişə canınız gümrah, əhval-ruhiyyəniz yüksək, işləriniz avand olsun”.