Azərbaycanın yanında olmağa davam edəcəyik - Hulusi Akar

ÖLKƏ
18:36 / 14.07.2020
1560

"Təcavüzkar mövqeyini davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında olmağa davam edəcəyik".

HİT.Az xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə naziri Hulusi Akar həftəlik keçirilən videokonfransda deyib. Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət barədə danışan Akar Ermənistanın Tovuz istiqamətində başlatdığı təxribat xarakterli hücumları şiddətlə qınadıqlarını bildirib. 

"Hücumu dəf edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza təcili şəfa və qardaş Azərbaycan xalqına başsağlığı diləyirik. Dağlıq Qarabağı qanunsuz işğal edən və illərlə təcavüzkar olan Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında dayanacağıq və "bir millət, iki dövlət" olaraq qəbul etdiyimiz azərbaycanlı qardaş və bacılarımıza dəstəyimizi davam etdirəcəyik",- deyə Akar çıxışında qeyd edib.

0