"Azərsu" 542 min manatlıq 2 tenderə yekun vurdu

İQTİSADİYYAT
18:19 / 15.07.2020
1232

"Azərsu" ASC elektrik sahəsi üçün lazım olan alət və avadanlıqların (1), eləcə də PVC boru və fitinqlərin (2) satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Universal Pro" və "FUM" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 270 min manat və 272 min manat, ümumilikdə 542 min manat ödəniləcək.

0