“Azərbaycan ərazisində quraşdırılan polis postlarının ləğvi Daxili İşlər Nazirliyindən asılıdır”.
HİT.Az-ın xəbərinə görə, bunu Operativ Qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, karantin rejimi tam ləğv olunmayıb və bəzi qadağa və qaydalar qüvvədə qalır:
“Karantin rejiminin müəyyən qaydaları var və onlara əməl edilməlidir. Bu, texniki və Daxili İşlər Nazirliyinin özünün həll edəcəyi məsələdir”.